Azərbaycanlı sənətçiyə ağır itki
19.09.2020 21:18 Mədəniyyət

Azərbaycanlı sənətçiyə ağır itki

Azərbaycanlı şairə Leyli Erola ağır itki üz verib.

"MediaPost"un məlumatına görə, sənətçinin anası uzun sürən xəstəlikdən sonra vəfat edib. Şairə anasının dəfnində iştirak edə bilməcəyək. Buna səbəb onun hazırda üç ildən çoxdur məskunlaşdığı Türkiyənin İstanbul şəhərində olmasıdır.

Qeyd edək ki, Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan və digər məşhur sənətçilərə mahnı sözü yazan Leyli Erol türkiyəli bəstəkar Hakan Erolla ailə qurub. Onlar  uzun illər Bakıda yaşayandan sonra Türkiyəyə köçüblər.

Xəbərlər departamenti

Gündəm