Azərbaycanlılar avqustda Türkiyədən nə qədər ev alıb?
15.09.2020 21:30 İqtisadiyyat

Azərbaycanlılar avqustda Türkiyədən nə qədər ev alıb?

Bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 154 mənzil alıb.

"MediaPost" xəbər verir ki, bu, ötən ilin avqust ayı ilə müqayisədə 66 mənzil və yaxud 75% çoxdur.

Yanvar-avqust aylarında isə Azərbaycan vətəndaşları qonşu ölkədə 700 mənzilə sahib olub. Bu da illik müqayisədə 11 ədəd və yaxud 1,5% azdır.

Ötən ay 3 932 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin avqust ayı ilə müqayisədə 291 ədəd və yaxud 8% çoxdur.

Ötən 8 ayda isə Türkiyədə əcnəbilər 21 117 əcnəbi əmlaka sahib olub ki, bu da 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 6 934 ədəd və yaxud 24,7% azdır.

2020-ci ilin avqust ayında Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar ötən ay 640, yanvar-avqust aylarında isə 3 808 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 592, yanvar-avqust isə 3 339 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan avqustda 366 mənzil, yanvar-avqustda isə 1 447 mənzilə sahib olub.

Xəbərlər departamenti

Gündəm