“Azercell”in maşınına hücum edib 20 min manat aparan şəxslər saxlanıldı
10.02.2020 08:58 Hadisə

“Azercell”in maşınına hücum edib 20 min manat aparan şəxslər saxlanıldı

“Mediapost” xəbər verir ki, hadisə fevalın 3-də Şəki şəhərinin Cəfərabad kəndi ərazisində qeydə alınıb. Belə ki, “Azercell”ə məxsus və Rasim Muxtarzadənin idarə etdiyi “Ford” markalı avtomobilin qarşışı “VAZ 2106” markalı maşınla kəsilib. “VAZ 2106”dan düşən 3 nəfər “Ford”da olan sürücü və sərnişin - “Azercell”in Şəki şəhərində diler mağazasının müdiri Cəlal Kərimova xəsarət yetirərək onun üzərində olan şirkətə məxsus 20 min manat pulu aparıblar.

Bu barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub və Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər həyata keçirib.

Baş Cinayət Axtarışı, Baş İctimai Təhlükəsizlik, Baş Dövlət Yol Polisi idarələri, Təhlükəsiz Şəhər Xidməti, Şəki ŞRPŞ və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Abdullayev, əvvəllər məhkum olunmuş X.Ömərov, habelə cinayəti bilib polisə məlumat verməmiş N.Bəşirov saxlanıb, digər bir nəfər isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“Mediapost”

Xəbərlər departamenti

Gündəm