“Azercell”in maşınına hücum edib 20 min manat apardılar - EKSKLÜZİV
04.02.2020 08:08 Hadisə

“Azercell”in maşınına hücum edib 20 min manat apardılar - EKSKLÜZİV

“Mediapost” xəbər verir ki, hadisə Şəki şəhərinin Cəfərabad kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “Azercell”ə məxsus və Rasim Muxtarzadənin idarə etdiyi “Ford” markalı avtomobilin qarşışı “VAZ 2106” markalı maşınla kəsilib.

“VAZ 2106”dan düşən naməlum şəxslər “Ford”da olan sürücü və sərnişin - “Azercell”in Şəki şəhərində diler mağazasının müdiri Cəlal Kərimova xəsarət yetirərək onun üzərində olan şirkətə məxsus 20 min manat pulu aparıblar.

Hüquq mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

“Mediapost”


Həmçinin oxu: Niyə qəzalar ən çox yolayrıcında baş verir?

Xəbərlər departamenti

Gündəm