"Azəriqaz" Gəncədə baş verən hadisələrlə bağlı məlumat yaydı
17.10.2020 13:30 İnfrastruktur

"Azəriqaz" Gəncədə baş verən hadisələrlə bağlı məlumat yaydı

"Azəriqaz" İstehsalat Birliyi (İB) gecə saatlarında Gəncəyə atılan raketlər səbəbindən qaz verilişini dayandırıb.

Bu barədə "MediaPost"a qurumdan bildirilib. Məlumata görə, İB-nin qərargahına gecə saatlarında daxil olan məlumata görə 17.10.2020-ci il tarixdə saat 00:50-də düşmən tərəfdən Gəncə şəhərinə atılan raketlərin törətdiyi dağıntılar səbəbindən həmin saatlarda təhlükəsizlik tədbiri olaraq şəhərin bütünlüklə qaz təminatı dayandırılıb. Saat 07:35-də Gəncə şəhərində 150 abonent istisna olmaqla qaz təchizatı bərpa olunub. Hadisə baş verən M.Hacıyev və M.Axundzadə küçələrində 9 abonentin ünvanı isə artıq yoxdur.

Rahim Tarıverdiyev

Gündəm