“Azərişıq” ASC-yə yeni sədr təyin edilib - SƏRƏNCAM
07.01.2020 13:00 Rəsmi

“Azərişıq” ASC-yə yeni sədr təyin edilib - SƏRƏNCAM

"MediaPost" xəbər verir ki, sərəncamla Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Qeyd edək ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr postu 2018-ci ildən boş idi.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm