"Azərişıq" işıq pulunu özü dəyişir" iddiasına RƏSMİ AÇIQLAMA
06.08.2020 11:22 Gündəm Cəmiyyət

"Azərişıq" işıq pulunu özü dəyişir" iddiasına RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə vətəndaşların “Azərişıq” ASC-nin fəaliyyəti ilə bağlı şikayəti yer alıb. 

“MediaPost” xəbər verir ki, şikayətçilər yay ayı ərzində elektrik enerjisi ilə bağlı ödənişlərin həddindən artıq olduğunu iddia edib. İddiada qeyd olunub ki, qurum özü qiymətləri dəyişib.  

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu “MediaPost”a açıqlama verib. O bildirib ki, bu cür şikayətlər hər il olub:

“Bunlar əsassız məlumatlardır. Qiymətləri sayğac kodları ilə də müəyyənləşdirmək olar. Bunun üçün vətəndaşlar azerishiq.az saytına daxil olaraq bunun vasitəsilə nə qədər sərfiyyat olub və ödənişlərlə bağlı bütün məlumatları əldə edə bilərlər. Bu, tam açıq və şəffaf bir sistemdir”. 

Məleykə Ağasoy

Gündəm