“Azərkosmos” iki Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
27.12.2019 11:35 İqtisadiyyat

“Azərkosmos” iki Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bu barədə "MediaPost"a “Azərkosmos”dan bildirilib.

Müqaviləyə əsasən “Digiturk” şirkəti “Azerspace-1” peykinin tutumlarından istifadə etməklə Türkiyədə keçirilən futbol çempionatının oyunlarını yayımlayacaq. Həmçinin, “Vodafone” şirkəti “Azerspace-1” peykinin resursları ilə data xidmətləri təklif edəcək.

2019-cu il ərzində “Türkcell” mobil operatoru və “Azərkosmos” arasında qurulan əməkdaşlıqdan sonra “Digiturk” və “Vodafone” şirkətləri ilə imzalanmış müqavilələr region üzrə Azərbaycanın telekommunikasiya peyklərinin effektiv fəaliyyətinin göstəricisidir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm