Azərkosmos Keniyanın “CommCarrier” şirkəti ilə əməkdaşlığa  başlayıb
24.01.2023 12:45 İqtisadiyyat

Azərkosmos Keniyanın “CommCarrier” şirkəti ilə əməkdaşlığa başlayıb

24 yanvar 2023-cü il – Bakı – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət  göstərən Azərkosmosla Keniya Respublikasının peyk xidmətləri təqdim edən “CommCarrier”  şirkəti arasında uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalanıb. 

MediaPost xəbər verir ki, əməkdaşlıq müqaviləsinə əsasən bu gündən etibarən “Azerspace-2” peyki vasitəsilə Keniyanın dövlət xidmət orqanlarında peyk internetinin istifadəsinə başlanılıb.

Qeyd edək ki, “CommCarrier” şirkəti Mərkəzi və Şərqi Afrika regionunda tərəfdaşlarına “Azerspace-2” peykinin KU diapazonu ilə xidmət göstərəcək.“Peyk xidmətlərimizdən Afrika regionunda hökumət və özəl qurumların istifadəsi bizi

sevindirir. “CommCarrier” region üçün etibarlı tərəfdaşdır və biz artıq perspektivli biznes layihələri üzərində işlərimizi sürətləndiririk”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov bildirib.

“Azərkosmosla əməkdaşlığımız sayəsində “Azerspace-2” peykinin xüsusilə Mərkəzi və Şərqi Afrika üzrə imkanları bizə tərəfdaşlarımızın artan tələbatını uğurla təmin etmək fürsəti qazandıracaq”, – deyə “CommCarrier” şirkətinin direktoru Qiri Babu qeyd edib.

Xəbərlər departamenti

Gündəm