“Azərkosmos” un nə qədər qazandığı məlum olub
28.02.2020 12:53 İqtisadiyyat

“Azərkosmos” un nə qədər qazandığı məlum olub

2020-cu ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 20 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“MediaPost” xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79 faizini təşkil edib.

“Azərkosmos” ASC-nin 2020-ci ilin Yanvar ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

“İxrac İcmalı”nda məlumat verilib ki, 2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2020-ci ilin yanvar ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 85,2 milyon manat təşkil edib.

Xəbərlər departamenti

Gündəm