“Azərsu” 20 qəpik kapitalı olan şirkətə 2 milyonluq tender verdi
05.11.2020 10:32 İnfrastruktur

“Azərsu” 20 qəpik kapitalı olan şirkətə 2 milyonluq tender verdi

“Azərsu” ASC Hövsan Aerasiya stansiyasında çatışmazlıqların aradan qaldırılması üçün görüləcək işlərin və mal-materialların satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

“MediaPost” xəbər verir ki, tenderin qalibi "Azelmaş" Elmi-Texniki Firması olub. Qalib şirkətlə 2 mln. 128 min 699,94 manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, qalibi "Azelmaş" Elmi-Texniki Firması 1993-cü ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 0,20 manatdır.  Hüquqi ünvanı Baki şəhəri Sabunçu rayonu, Bakixanov Ştq olan şirkətin qanuni təmsilçi Qurbanlı Araz Rafiq oğludur.

Könül Vəliyeva

Gündəm