“Azərsu” gücləndirilmiş iş rejiminə keçir
07.05.2021 18:51 Cəmiyyət

“Azərsu” gücləndirilmiş iş rejiminə keçir

Qarşıdakı bayram günləri “Azərsu” ASC gücləndirilmiş iş rejimində çalışacaq. 

Bu barədə "MediaPost"a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. 

Onun sözlərinə görə, iş prinsipi növbətçilik əsasında tənzimlənəcək:

“Bayram günlərində “Azərsu” ASC-nin İdarə rəisləri, departament rəisləri qrafik əsasında növbətçilik prinsipi ilə çalışacaqlar”.

Xəbərlər şöbəsi

Gündəm