“Azərtunel”in direktoru şirkətin təsisçiliyindən çıxır - kapitalı kəskin azalır
21.09.2020 14:23 Sahibkarlıq

“Azərtunel”in direktoru şirkətin təsisçiliyindən çıxır - kapitalı kəskin azalır

Azərbaycanın aparıcı tikinti şirkəti - “Azərtunel” MMC kreditorlarına müraciət edib. 

"MediaPost" bu barədə Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir. 

Müraciətdə deyilir ki, şirkətin həm direktoru, həm də 40% pay sahibi Nizami Əzizağa oğlu Hüseynov təsisçilikdən çıxır. Odur ki, səhmdar cəmiyyətinin nizamnamə kapitalı 11 993 724 manat azalaraq 29 984 310 manatdan 17 990 586 manata düşəcək. 

Xatırladaq ki, “Azərtunel” 2001-ci ildə yaradılıb. 

Könül Vəliyeva

Gündəm