“Azərxalça” ilə Ramezani Şərq Xalçalarının ikitərəfli əməkdaşlığı müzakirə edilib
21.01.2023 13:28 Mədəniyyət

“Azərxalça” ilə Ramezani Şərq Xalçalarının ikitərəfli əməkdaşlığı müzakirə edilib

DOMOTEX Hannover 2023 tekstil sərgisində Azərbaycanı təmsil edən, “Azərxalça”-nın İdarə Heyətinin sədri Emin Məmmədov Ramezani Şərq Xalçalarının rəhbəri Abolfazl Ramezani ilə ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə edib. 
MediaPost xəbər verir ki, “Azərxalça” ASC xalçaçılıq sənətinin inkişafı üçün yeni alətlərə yiyələnməkdə, hər növ yeniliklərin tətbiqinə davam edir.Bu səbəbdən İdarə Heyətinin sədri Emin Məmmədov və İdarə Heyəti sədr müavini Ceyhun Əlibəyov 780-dən çox xalça nümunəsinin iştirak etdiyi dünyanın ən böyük tekstil sərgisi - DOMOTEX Hannover 2023-də iştirak ediblər. Sərginin diqqət çəkən məqamlarından biri də əfsanəvi Ramezani Şərq Xalçalarının (1955-ci ildə Nasser Ramezani tərəfindən təsis edilib) yaradıcısı Abolfazl Ramezani ilə görüşü olub.Şirkət illərdir ki tacirlər arasında möhkəm nüfuza və etibarlılığa malikdir. Eyni zamanda, şirkətin yüksək keyfiyyətli əl işləri kolleksiyası təxminən 25 000 xalça və kilimdən ibarətdir.

Xəbərlər departamenti

Gündəm