AZPROMO agentliyə çevrilib
25.02.2020 14:23 İqtisadiyyat

AZPROMO agentliyə çevrilib

Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il və “Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 26 iyun 2018-ci il tarixli fərmanlarına dəyişiklik edib.

"MediaPost" xəbər verir ki, dəyişikliyə əsasən, İqtisadiyyat Nazirliyi yanında Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə çevrilib.

Xəbərlər departamenti

Gündəm