AZPROMO Çindəki tədbirlərini təxirə salıb
02.03.2020 09:09 İqtisadiyyat

AZPROMO Çindəki tədbirlərini təxirə salıb

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Çində yayılmış koronavirusla əlaqədar fevral-mart aylarında bu ölkədə keçirmək istədiyi tədbirləri təxirə salıb.

"MediaPost" "Report-a istinadən xəbər verir ki, bu barədə Fondun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.

Bununla belə, onun sözlərinə görə, rəhbərlik etdiyi qurum üçün Asiya bazarları prioritet olaraq qalır: "Çin, eləcə də Cənubi Koreya, İndoneziya, Yaponiya, Vyetnam gələcək üçün önəmli bazarlardır. Bu il bu bazarlara ixrac tədbirlərinin təşkili edilməs nəzərdə tutulur".

Xəbərlər departamenti

Gündəm