Aztəminatlı ailələrin hər birinə 100 manat yardım ödəniləcək - SƏRƏNCAM
23.12.2019 14:48 Rəsmi

Aztəminatlı ailələrin hər birinə 100 manat yardım ödəniləcək - SƏRƏNCAM

Mediapost.az xəbər verir ki, sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrılıb.

Xəbərlər departamenti

Gündəm