Bağdadda ABŞ hərbi bazasına raket hücumu
21.09.2020 10:04 Dünya

Bağdadda ABŞ hərbi bazasına raket hücumu

Bağdad beynəlxalq hava limanının yaxınlığında yerləşən və ABŞ-a məxsus "Victory" hərbi bazasına raket hücumu edilib.

"MediaPost"  "The Sabireen"ə istinadən xəbər verir ki,  "katyuşa" tipli iki raketin hərbi bazaya düşdüyü bildirilib.

Raketlərin Bağdadın qərbində yerləşən Əbu Qreybdən atıldığı vurğulanıb.

Açıqlamada hücum nəticəsində ölən olmadığı və bölgəyə minimum zərər dəydiyi qeyd olunub.

 

Anara Mikail

Gündəm