Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb
07.12.2019 06:32 Gündəm

Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb. Silahlı insident zamanı 30 nəfər yaralanıb.

Qeyd olunub ki, mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani Meydanına qədər irəliləyərək oradakı etirazçılara atəş açıblar. Təxribatı törədənlərin kim olduğu bilinmir.

Etirazçılar ordunu baş verənlərə müdaxiləyə və onları müdafiə etməyə çağırıb.

Buna qədər “Al Arabiya” telekanalı 10 nəfərin ölməsi barədə xəbər vermişdi.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm