Bağlanan banklarda pulu qalanların ödənişi necə ediləcək? - RƏY
29.04.2020 08:17 İqtisadiyyat

Bağlanan banklarda pulu qalanların ödənişi necə ediləcək? - RƏY

Bəs bu bankda pulu qalan şəxslərin ödənişləri hansı ardıcıllıqla ediləcək?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən hüquqşünas-ekspert Əkrəm Həsənov bildirdi ki, bağlanan banklarda pulu olan şəxslərə, yəni kreditorlara ödənişlərin ardıcıllığı müəyyən olunacaq:

"Əvvəlcə Əmanətlərin Sığortalanması Fondu tərəfindən elan verilərək ödənişlər üzrə müddətlər müəyyən olunacaq. 3 ay ərzində əmanətləri sığortalanmış fiziki şəxslərə əmanətlər qaytarılmalıdır, yəni bu məbləğ fond tərəfindən kompensasiya olunmalıdır. Bu banklarda isə əmanətlərin əksəriyyəti tam sığortalanmışdı. Buna görə də, fiziki şəxslərin əmanətlərinin geri qaytarılmasında problem olmayacaq. Əmanətlərin geri qaytarılması üçün müəyyən olunan 3 aylıq müddət 6 aya qədər uzadıla bilər".

Ekspertin sözlərinə görə, kreditorlar üzrə əmanətləri sığortalanmış fiziki şəxslərdən sonra ardıcıl olaraq dövlətə, bank işçilərinə, bankın zərər vurduğu digər şəxslərə olan ödənişlər həyata keçiriləcək:

"Biznesin, yəni hüquqi şəxslərin bankda olan pulunun - depozitlərinin ödənilməsi isə növbədə 7-ci sıradadır. "Atabank"ın mövcud vəziyyətini nəzərə alaraq, bu bankda sığortalanmış əmanətlərdən başqa digər kreditorlara və biznesə ödənişlərin edilməsində çətinliklərin olacağını deyə bilərik".

Xəbərlər departamenti

Gündəm