Bağlanan sığorta şirkəti buna görə səhmdarlarının toplantısını təxirə saldı
Ləğv prosesində olan “ Başak-İnam Sığorta Şirkəti” ASC səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişdirilib.
"MediaPost" şirkətə istinadən xəbər verir ki, səhmdarların ümumi yığıncağı noyabr ayının 10-dan dekabr ayının 10-na keçirilib. Yığıncaq Bakı şəhəri, Zahid Xəlilov küçəsi 206D nömrəli ünvanda keçiriləcək. Məlumata görə, yığıncağın vaxtının dəyişdirilməsi koronavirus infeksiyasının geniş yayılması və bununla bağlı təhlükəsizlik qaydalarına tam əməl etmək məqsədi ilə bağlıdır.