Bağlı qapı arxasında qalan vətəndaş xilas edildi
18.04.2021 16:25 Cəmiyyət

Bağlı qapı arxasında qalan vətəndaş xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"MediaPost"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər şöbəsi

Gündəm