Bağlı qapı arxasından meyit tapıldı
18.01.2021 22:16 Hadisə

Bağlı qapı arxasından meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"MediaPost" FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Yakıbova Mirvari Raxidovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər şöbəsi

Gündəm