Baiba Braje: "Azərbaycan NATO üçün çox vacib tərəfdaşdır"
"Azərbaycan NATO üçün çox vacib tərəfdaşdır".
Mediapost xəbər verir ki, bunu NATO Baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Baiba Braje ADA Universitetində “Davamlı sabah naminə qadınlar” adlı beynəlxalq konfransda onlayn çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Alyans ilə əməkdaşlığın ilk günlərindən Kosovo və Əfqanıstanda sülhməramlı missiyalara töhfə verib.
"Azərbaycan əməkdaşlığımızın ilk günlərindən NATO üçün çox mühüm tərəfdaş olub. Bu ölkə Kosovo və Əfqanıstanda sülhməramlı missiyalarda iştirak edərək sülhə töhfə verib. Biz Ukraynaya humanitar yardım dəstək verdiyinə görə Azərbaycana təşəkkür edirik və bu beynəlxalq hüquq baxımından vacibdir”, - B.Braje vurğulayıb.
Onun fikrincə, Azərbaycan müxtəlif sahələrdə daha çox nailiyyətlər əldə edir.