Bakı Bulvarında 15 yaşlı qız intihara cəhd edib
27.11.2019 08:57 Gündəm

Bakı Bulvarında 15 yaşlı qız intihara cəhd edib

Noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə "Bakı Ağ Şəhər Bulvarı" ərazisində özünü dənizə atıb.

Bakı şəhər prokurorluğundan Mediapost.az-a verilən məlumata görə, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb.

Hazırda İlahə Avcının səhhəti normaldır.

Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm