Bakı dəhşətli hadisə: Bakıda 70 yaşlı qadın özünü öldürdü
29.04.2020 12:15

Bakı dəhşətli hadisə: Bakıda 70 yaşlı qadın özünü öldürdü

"MediaPost" "Qafqazinfo"ya istinadən, hadisə bir neçə dəqiqə əvvəl baş verib. Yeni Yasamalda yerləşən “Muray MTK”nın inşa etdiyi binaların birində yaşayan şəxs özünü mənzildən atıb. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, binadan yıxılaraq ölən şəxs 70 yaşlı qadın imiş. Fərqanə Səmədzadə adlı şəxs qızının binanın 10-cu mərtəbəsində yerləşən evində qalırmış. Hadisə vaxtı onun qızı yatıbmış. O yuxudan oyananda artıq anasını binanın həyətində ölü vəziyyətdə olduğunu görüb.

Qeyd edilir ki, ilkin məlumata görə, axşam yatmadan öncə onlar arasında heç bir münaqişə olmayıb. Qadının yıxıldığı, yaxud intihar etdiyi istintaq zamanı müəyyən olunacaq. Hazırda onun meyiti müayinə olunması üçün morqa təhvil verilib.


Xəbərlər departamenti

Gündəm