Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilib
26.12.2019 07:56 İqtisadiyyat

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilib

Bu barədə "MediaPost"-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətindən məlumat veriblər. Qeyd olunub ki, qurum Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə əlaqədar, Bakı-Gəncə istiqamətində əlavə daha bir qatar təyin edib:

"Belə ki, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə dekabrın 30-da Bakıdan saat 8:00-da yola düşəcək qatar, saat 11:45-də Gəncəyə çatacaq. Gəncədən isə saat 16:00-da Bakıya yola düşəcək və saat 19:45-də paytaxta olacaq".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm