Bakı-London aviareysinin açılacağı tarix məlum oldu
03.06.2021 12:29 İnfrastruktur

Bakı-London aviareysinin açılacağı tarix məlum oldu

İyunun 11-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinə başlayacaq.

Bu barədə "MediaPost"a AZAL-dan bildirilib.

Qeyd olunub ki, uçuşlar həftədə bir dəfə – V günlər saat 10:00-da "Airbus" təyyarələri ilə yerinə yetiriləcək.

Xatırladaq ki, daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulurdu. Lakin London istiqamətində uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədar reysin açılması iyun ayına keçirilmişdi.

Xəbərlər departamenti

Gündəm