“Bakı Metropoliteni” maşın alır
25.02.2020 07:33 İqtisadiyyat

“Bakı Metropoliteni” maşın alır

“MediaPost” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır və iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər,

Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Tender təklifi dəyərinin 1% həcmində bank təminatı

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.

İddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının sürəti

İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqındakı bank arayışı.

Sənədlər Azərbaycan dilində tərtəb olunmalıdır.

Məlumat üçün bildirək ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün proseslər yalnız elektron qaydada elektron portal vasitəsi ilə aparılır.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 16 mart 2020-ci il saat 15:00-qədər və tender təklifi ilə bank təminatı sənədlərini 31 mart 2020-ci il saat 15:00-ə qədər portal vasitəsi ilə təqdim etməlidirlər.

Xəbərlər departamenti

Gündəm