Bakı metrosunda qatarların gecikmə səbəbi ilə bağlı açıqlama
27.11.2019 10:16 Gündəm

Bakı metrosunda qatarların gecikmə səbəbi ilə bağlı açıqlama

"Bak Metropoliteni" QSC-nın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri rəhbəri Bəxtiyar Məmmədov intervalın uzun olması və sənişin sıxlığı ilə bağlı açıqlama verib.

Mediapost.az-ın xəbərinə görə, qurum sözçüsü "Həzi Aslanov" - "28 may" istiqamətində bu müddəti 2 dəqiqədən aşağı salmağın texniki səbəblərdən dolayı mümkün olmadığını bildirib.

Metropolitenin iki xəttinin "28 May" stansiyasında kəsişdiyini deyən B.Məmmədov bildirib ki, dünyada belə təcrübə yoxdur: "Hətta iki xətt birləşərək qatarlar "Həzi Aslanov" stansiyasına qədər bir xətt üzrə hərəkət edir".

Qurum sözçüsü vurğulayıb ki, əsas problem budur və gələcəkdə sözügedən əngəlin aradan qaldırılması istisna edilmir: "Yalnız belə olan halda intervalı 1,5-2 dəqiqə müəyyənləşdirmək mümkündür".

Bəxtiyar Məmmədov qeyd edib ki, qatarların sayını artırmaqla sənişin sıxlığının problemi həllini tapmayacaq.


Xəbərlər departamenti

Gündəm