Bakı metrosunda sərnişin özünü qatar yoluna atdı - VİDEO
12.12.2019 08:35 Gündəm

Bakı metrosunda sərnişin özünü qatar yoluna atdı - VİDEO

Mediapost.az xəbər verir ki, "Neftçilər" stansiyasında sərnişinlərdən biri qatar yoluna düşüb.

Relslər üzərində hərəkət edən gənc oğlan ətrafdakı insanlarda qorxu yaradıb. Sərnişinlər həmin şəxsin intihar etdiyini düşünüb və onu fikrindən daşındırmağa çalışıblar. Lakin gənc oğlan onlara məhəl qoymayıb.

Amma yayılan videogörüntüyə əsasən, həmin şəxs qatarı görərək qaçmaq istəməsini özünəqəsd versiyanı şübhə altına salır. Belə ki, polislərin müdaxiləsindən sonra relslər üzərindən platformaya qaldırılan gəncin psixoloji problemlərinin olduğu iddia edilir.

Hadisə qatarların hərəkət intervalına təsir edib və bir qədər gecikməsinə səbəb olub.

Xəbərlər departamenti

Gündəm