Bakı qələbəni belə qeyd edir... - VİDEO
10.11.2020 16:52 Cəmiyyət

Bakı qələbəni belə qeyd edir... - VİDEO

Ermənistan baş naziri Nikol Paşinyanın Ali Baş Komandan İlham Əliyevin bütün şərtlərini qəbul edərək, məğlubiyyətlə barışmasını və bununla bağlı bəyanatı imzalamasını Azərbaycan xalqı böyük coşqu ilə qarşılayıb. 

"MediaPost" xəbər verir ki, Bakı sakinləri bu tarixi zəfərin sevincini paylaşmaq üçün küçələrə axışıblar. Gecə saatlarından başlayan və hələ də davam edən şənliklər zamanı əllərində Azərbaycan bayraqları tutan, müxtəlif şüarlar səsləndirən vətəndaşlar Müzəffər Ali Baş Komandana, Rəşadətli Ordumuza minnətdarlıq edir, onlarla həmrəyliklərini bildirirlər. 

Şəhərin mərkəzi küçələrində qeydə aldığımız görüntüləri təqdim edirik.

 

Əcəmi Əsədulla

Gündəm