Bakı sakinlərinə xəbərdarlıq: "Sabah küçəyə çıxmayın"
17.04.2020 08:23 Cəmiyyət

Bakı sakinlərinə xəbərdarlıq: "Sabah küçəyə çıxmayın"

Sabah, aprelin 18-də Bakıda hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

"MediaPost"un xəbərinə görə, bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Bakı sakinlərinə xəbərdarlıq: Sabah küçəyə çıxmayın

Xəbərlər departamenti

Gündəm