Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub
15.01.2020 07:56 Cəmiyyət

Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat olub

Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) İstintaq və Təhqiqat İdarəsinin rəisi Polis polkovniki Nazim İsmayılov vəzifəsindən azad olunaraq, Bakı şəhər BPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsində təyin təyin olunub.

"MediaPost"un məlumatına əsasən, təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm