Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı
06.04.2021 09:39 Gündəm

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi aprel ayının 8-i tarixinə nəzərdə tutulur.

Bu barədə “MediaPost”a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisna təşkil edir.

Xəbərlər departamenti

Gündəm