Bakı-Sumqayıt yolunda ağır qəza - İki nəfər dünyasını dəyişib
30.11.2019 10:50 Gündəm

Bakı-Sumqayıt yolunda ağır qəza - İki nəfər dünyasını dəyişib

Bakıda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Bakı-Sumqayıt yolunda qeydə alınıb. Şahidlərin sözlərinə görə, "Reno" markalı avtomobilinin yol kənarındakı təpəciyə çırpılması nəticəsində iki nəfər dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünyasını dəyişmiş şəxslərin deformasiyaya uğramış meyitlərini avtomobildən çıxararaq müvafiq orqanlara təhvil veriblər.

Qəza yerinə Yol Partrul Xidmətinin əməkdaşları da cəlb olunublar.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm