Bakı-Sumqayıt yolunda qəza olub
Mediapost.az xəbər verir ki, qəza Ceyranbatan qəsəbəsi ərazisində qeydə alınıb.
"Ford" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və şosenin kənarında dəmir barmaqlıları qıraraq gölün kənarına düşüb. Hadisə səbəbindən nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Qəza nəticəsində sürücünün ağır xəsarət aldığı söylənilir.
Faktla bağlı araşdırma aparılır.