Bakı-Sumqayıt yolunda qəza olub, azı 3 nəfər yaralanıb
19.12.2019 13:35 Gündəm

Bakı-Sumqayıt yolunda qəza olub, azı 3 nəfər yaralanıb

Mediapost.az xəbər verir ki, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 13:47-də daxil olub.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə Təcili Yardım briqadaları yollanıb:

"Qəza nəticəsində xəsarət alan 3 qadın 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib və hazırda müalicələri davam edir. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir. Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər. Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir. Tibb müəssisələrindən məlumat daxil olduqca xəbər veriləcək".

Mediapost.az

Xəbərlər departamenti

Gündəm