Bakı-Yevlax yolunda qəzaya düşən avtomobil yol ayrıcına daxil olub
Bu barədə Mediapost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi "45 BL 581" dövlət nömrə nişanlı VAZ-21043 markalı minik maşını naməlum səbəbdən idarəetmənin itirilməsi nəticəsində kənarları dəmir-beton maneələrlə bağlanmış yol ayrıcına daxil olub.
Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ziyan dəyib.
Qəza zamanı yol ayrıcında olan işıq dirəklərinin ikisi yararsız hala düşüb.