Bakıda 12 min manatlıq saatlar oğurlanıb
14.12.2019 10:59 Hadisə

Bakıda 12 min manatlıq saatlar oğurlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mediapost.az-a verilən məlumata görə, oğurluq hadisəsi barədə “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Məlumatla əlaqədar Yasamal Xətai Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İnşaatçılar prospektində yerləşən mağazadan 12 000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıb.

Xəbərlər departamenti

Gündəm