Bakıda 13 yaşlı oğlan dənizdə batıb
07.08.2020 20:43 Gündəm Hadisə

Bakıda 13 yaşlı oğlan dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN)  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. 

FHN-dən “MediaPost”a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2007-ci il təvəllüdlü İbadov Ruslan Adil oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Xəbərlər şöbəsi

Gündəm