Bakıda 15 yaşlı qız cinayətdə şübhəli bilinir - Axtarılır
22.04.2020 08:44 Kriminal

Bakıda 15 yaşlı qız cinayətdə şübhəli bilinir - Axtarılır

Bakıda oğurluq hadisəsi baş verib.

"MediaPost" xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb. Ağdam rayon sakini, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yaşayan 2005-ci ilə təvəllüdlü Rzayeva Tahirəxanım Mehman qızı aprelin 20-də ayaqyoluna getmək adı ilə evdən çıxaraq naməlum istiqamətə gedib. O, evdən gedərkən evdən 1500 avro və 2700 manat pul götürüb.

Onun evi qarət edib getməsi barədə hüquq-mühafizə orqanlarına atası Rzayev Mehman Hacımirzə oğlu məlumat verib.

Faktla bağlı araşdırma aparılır

Xəbərlər departamenti

Gündəm