Bakıda 16 yaşlı qız dəm qazından ölüb
04.03.2020 06:34 Hadisə

Bakıda 16 yaşlı qız dəm qazından ölüb

"MediaPost"un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 2004-cü il təvəllüdlü Məlikova Nəzakət Aqil qızı meyiti yaşadığı evin hamamında tapılıb.

Meyitin ilkin müayinəsi zamanı N. Məlikovanın dəm qazından boğularaq öldüyü müəyyən olunub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərlər departamenti

Gündəm