Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq edən şəxs saxlanılıb
03.02.2020 06:15 Hadisə

Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

"MediaPost" Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, hadisə yanvarın 30-da Nərimanov rayonunda qeydə alınıb. Naməlum şəxs saat 16:50 radələrində F.Yusifov küçəsində Bakı şəhər sakini, 2002-ci təvəllüdlü N.Əlinin mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.

Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Elçin İbrahimov tərəfindən törədilməsi müəyyən edilib. E.İbrahimov tutulub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm