Bakıda 2 bıçaqlı şəxs insanlara hücum edib - VİDEO
13.12.2019 06:56 Kriminal

Bakıda 2 bıçaqlı şəxs insanlara hücum edib - VİDEO

APA-nın məlumatına görə, hadisə Nizami küçəsində baş verib.

Həmin şəxslər insident zamanı yarıçılpaq vəziyyətdə olublar. Onlar ətrafdakıları bıçaqla təhdid etsələr də, başqa insanlara deyil, özlərinə xəsarət yetiriblər.

Əraziyə polis əməkdaşları cəlb olunub. Polis onların saxlanılması üçün əməliyyat keçirib və hər iki şəxs saxlanılaraq polis orqanına aparılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Mediapost.az


Oxu: "Torqovı"da insanlara bıçaqla hücum edənlərin kimliyi məlum olub


Xəbərlər departamenti

Gündəm