Bakıda 2 maşın toqquşdu: Yaralılar var
09.02.2020 15:52 Hadisə

Bakıda 2 maşın toqquşdu: Yaralılar var

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, qəza nəticəsində 1989-cu il təvəllüdlü Əliyev Elşən Firudin oğlu, 1971-ci il təvəllüdlü Bayramov Bəhram Mütəllim oğlu, 1985-ci il təvəllüdlü Fətəlizadə Samir Miryusif oğlu, 1951-ci il təvəllüdlü Fətəliyeva Fəridə İlqar qızı və 1 yaşlı Fətəliyev Yusif Samir oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. E.Əliyevə sol ayağının əziyi, B.Bayramova döş qəfəsinin əziyi, S.Fətəlizadəyə ağır kəllə-beyin və qarının küt travması, F.Fətəliyevaya qarnın və bədənin küt travması, Y.Fətəliyevə isə kəllə-beyin travması diaqnozları qoyulub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm