Bakıda 27 yaşlı oğlan qaçırılıb - ÖZƏL
“Mediapost”un əldə etdiyi məlumata görə, 27 yaşlı D.Ə. üç naməlum şəxs tərəfindən qaçırılıb. O, Binəqədi rayonu ərazisindəki qəbiristanlığa aparılıb.
Orada D.Ə.-ni döyən şəxslər onun 600 manat pulunu və və mobil telefonunu alıblar.
Polis hadisəni törədən şəxsləri axtarır.