Bakıda 27 yaşlı oğlanı maşın vuraraq öldürüb
27.04.2020 07:26 Hadisə

Bakıda 27 yaşlı oğlanı maşın vuraraq öldürüb

“MediaPost” xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Aprelin 26-sı saat 05:40-da Fərəcov Əşrəf Qasım oğlu idarə etdiyi 90 BT 190 dövlət qeydiyyat nömrəli “Hundayi Sonata”ilə “Meyvəli” Ticarət Mərkəzindən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1993-cü il təvəllüdlü Əlizadə Canəli Yaşar oğlunu vuraraq öldürüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsini İstintaq Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm