Bakıda 3 tələbə zəhərlənib, bir qız həyatını itirib - ADLAR
21.11.2019 11:25

Bakıda 3 tələbə zəhərlənib, bir qız həyatını itirib - ADLAR

Səhiyyə Nazirliyindən bildirilib ki, bu barədə Təcili Tibbi Yardıma saat 12.35-də məlumat daxil olub. Həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Mediapost.az xəbər verir ki, Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

Zəhərləndiyi ehtimal olunananlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı həyatını itirib. Digərləri isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Zəhərlənən tələbələrdən - 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı ilə eyni yaşda olan Quliyeva Dilrubə Qismət qızının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hazırda onların müalicələri davam etdirilir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm