Bakıda 31 yaşlı qadını avtomobil vurub
27.05.2023 00:49 Hadisə

Bakıda 31 yaşlı qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"MediaPost"un məlumatına görə, avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Əliyeva Mələk Heybət qızını vuraraq xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbərlər departamenti

Gündəm